Modern.az

Regionda sülh mümkündür - Paşinyan

Regionda sülh mümkündür - Paşinyan

Dünya

3 May 2023, 17:26

Regionda təhlükəsizlik sistemi deformasiyaya uğrayıb, Ermənistan sabitliyini təmin etmək üçün yeni üsullar və komponentlər axtarır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib.

 

"Əvvəllər mövcud olan təhlükəsizlik sistemi effektiv işləmir və hökumətin strateji vəzifəsi çağırışları idarə etmək və neytrallaşdırmaqdır. İndi rəsmi İrəvan öz təhlükəsizliyini təmin etmək üçün əlavə komponentlər axtarır. Ancaq yenə də tam təminat verilmir, bəzi təminatlar yeni risklərin yaranmasına səbəb ola bilər", - o qeyd edib.

 

"Sabitliyin əsas təminatı regionda sülhdür. Və bu mümkündür. İndi biz Ermənistan dövləti və xalqı üçün məqbul olan parametrlər hazırlamalıyıq, ehtiyatlılıq və çeviklik nümayiş etdirməliyik", - deyə Paşinyan vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi