Amerika Birləşmiş Ştatları Moskvada mümkün PUA insidentinə dair məlumat toplayır.
Modern.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin anonim mənbələrinin dediyinə görə, Kremlə iddia edilən pilotsuz təyyarə hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq edilməyib.
Bildirilib ki, ABŞ hakimiyyəti hələ də nə baş verdiyini anlamağa çalışır.
Qeyd edək ki, Rusiya dünən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.