Ukrayna prezidenti Volodimir Zelenskinin Niderlandın Haaqa şəhərinə gedib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, ilk növbədə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkib və burada çıxış edəcək. Daha sonra Zelenski Niderlandın baş naziri Mark Rutte ilə görüşəcək.
***
08:40
Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyaya səfərindən sonra Niderlanda gedib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın göyərtəsində Zelenskinin olduğu hökumət təyyarəsi hava limanına eniş edib.
Zelenskinin Haaqada “Ədalətsiz sülh yoxdur” mövzusunda çıxışı nəzərdə tutulub. Dövlət başçısı, həmçinin Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkəcək.
Qeyd olunub ki, bu, Zelenskinin təkcə Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı deyil, həm də Prezident kimi fəaliyyəti dövründə Niderlanda ilk səfəridir.