Modern.az

Qəza törədən polis faciəvi şəkildə ÖLDÜ

Qəza törədən polis faciəvi şəkildə ÖLDÜ

Hadisə

4 May 2023, 09:08

Qəbələdə polis yol qəzasında həlak olub.

 

Modern.az-ın xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Sürücü, Qəbələ Rayon Polis Şöbəsində çalışan polis baş serjantı Cabbarlı İlham Aləddin oğlu etibarnamə əsasında idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarında olan ağaca çırpıb.

 

Hadisə nəticəsində A.Cabbarlı və sərnişin Mahmudlu Hafiz Bəxtiyar oğlu ölüb, digər sərnişin Əzizli Elşad Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama