Modern.az

Bu il Ramazan ayı iyulun 10-da başlayacaq

Bu il Ramazan ayı iyulun 10-da başlayacaq

27 İyun 2013, 16:43


Bu il Ramazan ayı iyulun 10-da başlayacaq. Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müşaviri Hacı Fuad Nurullayev bildirib. Şeyxin müşaviri deyib ki, iyulun 10-u günü oruc tutulacaq.  Onun sözlərinə görə, yaxın günlərdə QMİ-nin Qazılar Şurası tərəfindən Ramazan ayının başlanması münasibəti ilə fətva veriləcək:

“Qazılar Şurası tərəfindən veriləcək fətvada Ramazan ayı haqqında bütün məsələlərlə bağlı tövsiyələr əksini tapacaq. İyunun 9-da niyyət tutulacaq, sonrakı gün isə oruca başlanılacaq"– deyə Hacı Fuad Nurulla bildirib.

Gültəkin ƏLƏSGƏR
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...