Modern.az

İsa Qəmbərin müşaviri həbs edildi - YENİLƏNİB

İsa Qəmbərin müşaviri həbs edildi - YENİLƏNİB

Təhsil

27 İyun 2013, 17:10


Müsavat başqanının Lənkərandakı müşaviri Yadigar Sadıqov saxlanılıb. Modern.az-ın məlumatına görə, Y.Sadıqov II qrup Lənkəran sakinini döyməkdə ittiham edilərək barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb.

Bir neçə saatlıq dindirilmədən sonra Müsavat başqanının müşaviri barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Müsavat Partiyasının başqanının müşaviri Yadiqar Sadıqov şübhəli şəxs qismində saxlanılıb.

“Sadıqovun ifadəsi alınıb və qanunla ona 48 saat ərzində ittiham elan olunacaq. İttiham elan edildikdən sonra məhkəməyə baş vurulacaq və həbs qətiimkan tədbiri seçiləcək”-deyə Nazirlikdən açıqlama verilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...