Modern.az

Rusiyada PUA-lardan istifadə qadağan olundu

Rusiyada PUA-lardan istifadə qadağan olundu

4 May 2023, 15:18

Rusiyanın Xabarovsk diyarında dronlardan istifadə ilə bağlı qadağa qərarı verilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə diyarın qubernatoru Mixail Deqtyarev məlumat verib.

 

O, təhlükəsizliyi artırmaq üçün bölgədə PUA-lardan istifadənin məhdudlaşdırıldığını bildirib.

 

İstisna kimi dövlət orqanları, Xabarovsk diyarının bələdiyyələri və yerli özünüidarəetmə orqanları, onların tabeliyində olan təşkilatlar, habelə dövlət müdafiə sifarişlərini yerinə yetirən təşkilatlar tərəfindən qanunla müəyyən edilmiş qaydada istifadə olunan pilotsuz uçuş aparatları nəzərdə tutulub.

 

Qeyd edək ki, dünən Rusiya prezidentinin mətbuat xidməti Kremlə Ukrayna tərəfindən dronlarla zərbə endirilməyə cəhd edildiyi barədə iddialar yaymışdı. Rəsmi Kiyev belə bir hadisə barədə Ukrayna tərəfində məlumat olmadığını açıqlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi