Modern.az

Kılıçdaroğlunun oxşarı mitinqə çıxdı - VİDEO

Kılıçdaroğlunun oxşarı mitinqə çıxdı - VİDEO

Dünya

4 May 2023, 15:42

Türkiyədə seçki kampaniyası dövründə maraqlı hadisələr baş verməyə davam edir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə müxalifətin "Millət İttifaqı"nın Kocaeli vilayətinin Gebze rayonunda keçirilən mitinqində iştirakçıları təəccübləndirən anlar yaşanıb.

 

Belə ki, mitinqdə çıxış edən İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu prezidentliyə vahid namizəd, CHP sədri Kemal Kılıçdaroğlunun oxşarını səhnəyə çıxarıb.

 

Alqışlar və təəccüblə qarşılanan şəxsin Kılıçdaroğlu ilə qohumluğunun olub-olmaması sualları ortaya çıxıb. Məlum olub ki, bu şəxsi CHP sədri ilə heç bir qohumluq əlaqəsi birləşdirmir.

 

Qeyd edək ki, Türkiyədə 14 mayda prezident və parlament seçkiləri keçiriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi