Modern.az

Çexiya Bakı ilə sülhə nail olmaq üçün İrəvana kömək vəd edir

Çexiya Bakı ilə sülhə nail olmaq üçün İrəvana kömək vəd edir

Dünya

4 May 2023, 16:12

Çexiyanın baş naziri Petr Fiala Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasından danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, ermənistanlı həmkarı Nikol Paşinyanla paytaxt Praqada keçirdiyi birgə brifinqdə bu mövzuya toxunub.

 

O bildirib ki, Çexiya da Bakı ilə uzunmüddətli sülhə nail olmaq üçün İrəvana kömək edəcəyini vəd edir.

 

"Praqa Ermənistanın üzləşdiyi çağırışlara diqqətlə yanaşır və İrəvanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu müşahidə edirik", - deyə Fiala bildirib.

 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada səfərdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi