Modern.az

İsrailin müdafiə naziri Afinadan İrana xəbərdarlıq etdi

İsrailin müdafiə naziri Afinadan İrana xəbərdarlıq etdi

Dünya

4 May 2023, 16:20

İsrailin müdafiə naziri Yoav Qalant bu gün Yunanıstana işgüzar səfərə yollanıb.

 

Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, Qalant artıq Afinada Yunanıstanın müdafiə naziri, Yunanıstan ordusunun baş qərargah rəisi və digər yüksək rütbəli rəsmilərlə görüşüb.  

 

O, İranla bağlı məsələləri diqqətə çatdırıb.

 

"Son 6 ay ərzində İrandan gələn təyyarələr həftəlik Suriyaya enib. Biz bu təhlükəyə qarşı sistemli şəkildə fəaliyyət göstəririk və bundan sonra da fəaliyyət göstərəcəyik. Suriyada İranın ordu yerləşdirməsinə icazə verməyəcəyik. İsrail İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. Bu, bütövlükdə beynəlxalq ictimaiyyətdən gözlənilən şeydir”, - deyə o bildirib.

 

İsrailin MN başçısının daha sonra Kiprə səfər etməsi nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi