Niderlandın baş naziri Mark Rutte Ukraynaya F-16-ların tədarükündən danışıb.
Modern.az "Strana"ya istinadən xəbər verir ki, o, hazırda müttəfiqlərlə F-16-ların Ukraynaya verilməsi məsələsinin müzakirə olunduğunu bildirib.
Onun sözlərinə görə, bu məsələdə heç bir tabu yoxdur.
"Niderland F-16-ları daha təkmil F-35-lərə çevirməyi planlaşdırır", - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, Ukrayna tərəfi vaxtaşırı olaraq Qərb ölkələrindən hərbi aviasiya tədarükü məsələsinin həll edilməsini tələb edir.