Modern.az

Səfirdən Azərbaycandakı Türkiyə vətəndaşlarına ÇAĞIRIŞ

Səfirdən Azərbaycandakı Türkiyə vətəndaşlarına ÇAĞIRIŞ

Ölkə

4 May 2023, 16:52

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Bakıdakı seçki məntəqəsində səs verəcək vətəndaşlara çağırış edib.

 

Modern.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.

 

"Prezident və 28-ci çağırış parlament seçkilərində səsvermə proseduru Bakıdakı səfirliyimizdə 5, 6 və 7 may tarixlərində 9:00-21:00 arasında gerçəkləşdiriləcəkdir. Vətəndaşlarımızı səs verərək iradələrini seçki qutusunda əks etdirməyə dəvət edirik. Hörmətlə elan olunur", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri üçün ölkə xaricində səsvermə 27 apreldən başlayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj