Modern.az

İsa Sadıqov Hüseyn Abdullayevin müdafiəsinə qalxdı

İsa Sadıqov Hüseyn Abdullayevin müdafiəsinə qalxdı

27 İyun 2013, 19:00


Axtarışa verilən ehtiyatda olan polkovnik İsa Sadıqov barəsində cinayət işi açılan sabiq deputat Hüseyn Abdullayevin müdafiəsinə qalxıb. Modern.az-a açıqlamasında İ.Sadıqov H.Abdullayevə qarşı açılan cinayət işini pisləyib.

O , bildirib ki, H.Abdullayev kimi insanlara qarşı təzyiqlər göstərmək xalqın qəzəbinə səbəb olacaq.   “Nə məni, nə də Hüseyn Abdullayev kimi insanları qorxuda biləcəklər. Onların bizə qarşı təzyiqləri bundan sonra da heç bir nəticə verməyəcək. Buna əmin ola bilərlər. Artıq insanlar ayağa qalxıb,bu kimi insanların həbsinə etiraz etməlidir. Milli Şura kütləvi etirazlara başlamalıdır. Gözümüzün qabağında mərd oğullarımızı sındırmaq istəyirlər”-deyə polkovnik H.Abdullayevin müdafiəsinə qalxıb. 

Qeyd edək ki, Milli Məclisin sabiq deputatı, bəstəkar Hüseyn Abdullayev barəsində küllü miqdarda vergidən yayınma maddəsi ilə ittiham irəli sürülüb.  


Anar RÜSTƏMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...