Modern.az

Moskva Şəhər Dumasının nümayəndə heyəti Milli Məclisdə

Moskva Şəhər Dumasının nümayəndə heyəti Milli Məclisdə

Parlament

4 May 2023, 17:35

Mayın 4-də Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikovun rəhbərlik etdiyi nümayəndə arasında görüş keçirilib.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əlaqələrin inkişafından söz açılıb. Ölkələrimiz arasında geniş spektri əhatə edən dövlətlərarası və hökumətlərarası sənədlərin qarşılıqlı əlaqələrin və əməkdaşlığın zəngin qanunvericilik bazasını formalaşdırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri əsasında əlaqələrimiz daim inkişaf edib, xüsusən də 2022-ci ilin fevralında imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə münasibətlərimizi yeni səviyyəyə qaldırıb.

 

Görüşdə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanın regionda dayanıqlı sülhün bərqərar olması üçün gördüyü işlər və irəli sürdüyü təşəbbüslər barədə məlumat verilib.

 

Eyni zamanda, iqtisadi, ticarət, humanitar, təhsil sahələrində əlaqələrin bugünkü vəziyyətindən məmnunluq ifadə olunub, bu sahələrdə əməkdaşlığın inkişaf potensialına toxunulub.

 

Həmçinin Milli Məclis ilə Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub.

 

Çıxışlarda Milli Məclisin Rusiya Federasiyası, həmçinin federasiyanın subyektləri ilə parlament əlaqələrinin dərinləşməsinə əhəmiyyət verdiyi bildirilib.

 

Söhbət zamanı, eyni zamanda, parlamentlərarası əməkdaşlığın müxtəlif aspektlərinə və tərəfləri maraqlandıran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi