Modern.az

İran 5 nüvə bombası hazırlaya bilər - NAZİR

İran 5 nüvə bombası hazırlaya bilər - NAZİR

Dünya

4 May 2023, 20:12

İsrailin müdafiə naziri Yoav Qalant İranın beş nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatına malik olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

 

O qeyd edib ki, İran bir nüvə bombası yaratmaqla məhdudlaşmayacaq.

 

"Hazırda İran uranı 20 və 60 faizədək zənginləşdirib, bu da 5 bomba istehsalı üçün kifayətdir”, - o, Afinada yunan həmkarı Nikolas Panayiotopulos ilə görüşü zamanı deyib.

 

Qalant qeyd edib ki, "Tehranın uranın 90 faizədək zənginləşdirilməsi böyük səhv olacaq və regionda gərginliyi artıra bilər". 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi