Modern.az

Türkiyə xaricində səs verən seçicilərin sayı açıqlandı 

Türkiyə xaricində səs verən seçicilərin sayı açıqlandı 

Dünya

5 May 2023, 00:33

Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 165 mini keçib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

 

İndiyədək ölkə xaricindəki seçicilərin 1 milyon 165 min 969 nəfəri səsvermə hüququndan istifadə edib.

 

Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər.

 

Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.

 

Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi