Serbiyanın Belqrad şəhəri yaxınlığında yerləşən Mladenovaç bölgəsində hərəkətdə olan avtomobil avtomat silahla insanlara atəş açılıb.
Modern.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Polis hücum edən 21 yaşlı şəxsin tutulması üçün “Qasırğa” adlı əməliyyata başlayıb. Daxili işlər naziri hadisəni “terror aktı” adlandırıb.
Qeyd edək ki, Serbiyada ibtidai məktəbində 7-ci sinif şagirdi tərəfindən həyata keçirilən hücumda 9 nəfər həlak olub.