Modern.az

Beyləqanda avtomobil aşdı - 2 nəfər öldü

Beyləqanda avtomobil aşdı - 2 nəfər öldü

Hadisə

5 May 2023, 09:20

Beyləqanda ölümlə nəticələnmən ağır yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qəhrəmanlı qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Salahlı Əyyub Sahib oğlu idarə etdiyi “Mercedes Benz E190” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

 

Nəticədə avtomobildə olan sərnişinlər - 2001-ci il təvəlluüdlü Orucov Rəşad Elxan oğlu və 1995-ci il təvəllüdlü Xudiyev Eltun İsrəfil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama