Türkiyədə seçki kampaniyası çərçivəsində maraqlı hadisələr baş verməyə davam edir.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elazığ vilayətində deputatlığa bitərəf namizəd Muhammet Hacı Güneş seçicilərə qəribə seçki vədi verib.
"Bir 5 il də mən sizə fırıldaq gəlim. Bir 5 il də mən telefonlarımı bağlayıb qırmızı koridorlarda gəzim. Bizə layiq bilmirsiniz? Yazığınız gəlsin", - deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyədə 14 may tarixində həm prezident və parlament seçkiləri keçiriləcək.
❗️Elazığ Müstəqil Millət vəkili Namizədi Muhammet Hacı Günəş: 5 il də səni aldadacağam, daha 5 ildən sonra telefonlarımı söndürüb qırmızı dəhlizlərdə gəzəcəm. Bizi layiq görmürsünüz, ayıbdır. pic.twitter.com/hSMa8z7lnA
— MODERN.AZ (@modernaz_) May 5, 2023