"Patriot" sistemləri işğalçıların dizlərini titrədəcək, lakin daha çox şey lazımdır".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
O qeyd edib ki, bu cür sistemlər mütləq psixoloji təsir göstərəcək, lakin onlar Rusiyanın artilleriya zonalarına yaxın yerləşdirilməməlidir. Buna baxmayaraq, hətta kompleksin uzaqda yerləşməsi də müəyyən istiqamətlərdə “arqument”ə çevrilə bilər.
"Su-35 pilotu potensial olaraq belə bir sistemin əlçatmaz olduğunu biləcək və dizləri titrəyəcək. O, buna reaksiya verəcək, özünü qoruyan faktor kimi fikirləşəcək", - deyə İqnat bildirib.
Lakin onun sözlərinə görə, təmas xətti uzundur, ona görə də effektiv müdafiə üçün belə sistemlərə daha çox ehtiyac var.