Ermənistan parlamentinin 44 günlük müharibədəki vəziyyəti araşdırmaq üzrə komissiyası öz işini 2023-cü ilin oktyabrında başa çatdıracaq.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, struktur iki yarımillik müddətə uzadılma imkanı ilə 6 ay müddətinə yaradılmışdı.
Parlamentin qaydalarına görə, komissiyanın fəaliyyət müddətinin daha uzadılmasına icazə verilmir və oktyabrda komissiya hesabat verməlidir.