Modern.az

Jurnalistlərin yay istirahəti - bu haqda düşünən kimdir, düşünməyən kim?

Jurnalistlərin yay istirahəti - bu haqda düşünən kimdir, düşünməyən kim?

Media

28 İyun 2013, 10:14

Yay fəslinin gəlişilə əlaqədar bir çox insanlar ya xarici ölkələrdə, ya da Azərbaycan daxilində dincəlməyə üstünlük verirlər. Amma bu mövsümdə bolluca istirahət etmək bir çox sahələrdə çalışan insanlara nəsib deyil. Mətbuat işçiləri də bu sıraya daxildir.

Modern.az saytı gün ərzində gərgin iş şəraitində çalışan həmkarlarının bu yay fəsli ilə bağlı fərdi və ya kollektiv şəkildə istirahət edə bilmələrinin mümkün olub-olmadığını öyrənib.  

“Yeni Müsavat”
qəzetindən məsələ ilə bağlı fikirlərdən belə aydın oldu ki, bu yay mətbuat işçilərinin istirahəti təxirə salınmalıdır. “Qarşıdan prezident seçkiləri gəlir. Buna görə də mətbuat işçiləri iş başında olsalar daha yaxşıdır. İndiyə kimi “Yeni Müsavat” qəzetinin istirahətə kolletiv şəkildə getməsini kimsə təsəvvür edə bilməz. Yalnız fərdi şəkildə istirahət etməyi düşünürük”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı əməkdaşlarının həm kollektiv, həm də fərdi şəkildə istirahət etmələrini düşünür. “Təbii ki, yay tətili ilə bağlı işçilərin məzuniyyəti nəzərdə tutulub. Hər bir işçi üçün 10 gün məzuniyyət nəzərdə tuturuq. Növbəlilik prinsipi əsasında artıq başlamışıq, gələn həftədən işçilərimizin biri gedir. Daha çox fərdi istirahətə üstünlük veririk. Ola bilsin ki, kollektiv şəkildə hər il olduğu kimi Qubaya, İsmayıllıya istirahətə yollanaq”.

“525”-ci qəzetin baş redaktoru Rəşad Məcid isə işçilərin kollektiv şəkildə istirahət etməyəcəyini deyir. “ Heç birimiz yay tətilinə hazırlaşmırıq.Yay tətilimiz adi qaydada davam edir. Bildiyiniz kimi, iyulun 22-i mətbuatımızın yubileyidir. Onu qeyd edəcəyik. Elə tətil də yalnız fərdi şəkildə olacaq. Kollektiv şəkildə tətil etməyi düşünmürük”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bu yayda işçilərin dincəlməsini Ramazan ayında nəzərdə tutur.
“Qarşıdakı aylar informasiya agentlikləri, portallar, qəzetlər üçün çox maraqlı aylardır. Güman ki, yay tətilinə vaxtımız olmayacaq. Səbəb isə qarşıdan gələn prezident seçkiləridir. Cəmiyyətin mətbuata diqqət çəkən dövrüdür. Hər il “Azadlıq”ın redaksiyası xüsusi bayramlara düşən tarixdə kollektiv şəkildə rayonların birinə dincəlməyə gedir. Bildiyiniz kimi, qarşıdan Ramazan ayı gəlir. Güman ki bu səfər müddəti yeganə fürsətimiz o olacaq”.

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli isə əvvəlki illərdən fərqli olaraq bu yay işçilərin tətilinin növbəli şəkildə olacağını düşünür.
“Əvvəlki illərdə “Mediaforum” məzuniyyət dövründə fəaliyyətini 21 günlük dayandırırdı. Bu il kollektiv üzvlərinin növbəli şəkildə məzuniyyətini təmin edəcəyik”.  

Namidə BİNGÖL  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi