Modern.az

Azərbaycanda doğuş zamanı ana və uşaq ölüb

Azərbaycanda doğuş zamanı ana və uşaq ölüb

28 İyun 2013, 10:57

Azərbaycanın İsmayıllı rayonunda ana və uşaq doğuş zamanı ölüb.

APA-nın xəbərinə görə, hadisə ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.

Ş. Ağabalayevanın iki qız övladının olduğu, Lahıc qəsəbə tam orta məktəbində  Azərbaycan dili və ədəbiyyat müəlliməsi işlədiyi bildirilir.

Faktla bağlı İsmayılı rayon Prokurorluğunda araşdırma aparılır.

Modern.az
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama