Modern.az

Azərbaycanda əsgər özünü güllələyib

Azərbaycanda əsgər özünü güllələyib

28 İyun 2013, 11:37

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Sünnət Kübar oğlu Dədəyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər. Əsgərin xəsarətinin yüngül olduğu bildirilib.

Qeyd edək ki, S. Dədəyev Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama