Modern.az

Azərbaycanın qeyri-neft ixracı ARTIB 

Azərbaycanın qeyri-neft ixracı ARTIB 

5 May 2023, 18:37

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib.

 

Bu barədə Modern.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,2 % artıb. O cümlədən, spirtli və spirtsiz içkilərin ixracında 6 dəfə artım olub.

 

Hesabat dövründə aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 9,1 % artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 1 il əvvələ nisbətən 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci ilə nisbətən 12,3 % artaraq 3 047,67 milyon ABŞ dolları olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI