Bunu Modern.az-a açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib. O, yeni yaradılmış Milli Şuranın fəaliyyət perspektivini şərh edərkən bildirib ki, siyasi birliklərin işi və gələcək fəaliyyəti xalqın dəstəyindən asılıdır. “Belə bir dəstək olacaqsa, həmin siyasi təşkilatlar da mövcudluğunu qoruyub saxlayacaq”.
Millət vəkilinin fikrincə, əks təqdirdə siyasi qurumlar tarixin arxivinə qovuşacaq. A. Mollazadə Milli Şuradan DİP-ə heç bir təklif və ya dəvət gəlmədiyini də qeyd edib. “Özümüzün də nə belə istəyi, nə də planımız var”. Xatırladaq ki, iyunun 7-də təsis olunmuş Milli Şurada aparıcı müxalifət partiyalarının (Müsavat, AXCP, KXCP, ALP, ACP) sədrləri təmsil olunur.