Modern.az

Müsavatçılar Yadigar Sadıqova görə Lənkərana gedirlər

Müsavatçılar Yadigar Sadıqova görə Lənkərana gedirlər

28 İyun 2013, 11:48


“Lənkəranda tutulun Müsavat başqanının  müşaviri Yadigar Sadıqovun bu gün məhkəməsi keçiriləcək” Bu barədə Modern.az saytına Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Lənkəran şəhər polis idarəsindən Yadigar Sadıqovla bağlı məlumat almaq mümkün deyil.

Müsavat rəsmisi həmçinin qeyd edib ki, Yadigar Sadıqovun hüquqlarını vəkil Xalid Bağırov müdafiə edəcək.

“Yadigar Sadıqov hal-hazırda Lənkəranda polis bölməsində salanılır. Bu gün onun məhkəməsinin olacağı bildirilir. Amma dəqiq bilmirik məkhəmə nə zaman olacaq. Bu gün Yadigar bəyin vəkili ilə müqavilə bağlandı. Onun hüquqlarını vəkil Xalid Bağırov müdafiə edəcək. Vəkil ola bilsin ki, bu gün işə başlasın”.

G.Aslanlının sözlərinə görə, Müsavat funksionerlərinin Yadigar Sadıqovun həbsinə görə,  Lənkərana getməsi gözlənilir.

“Hazırda dəqiq deyə bilmərəm, amma şəraitən aslı olaraq buna qərar verəcəyik”.

Qeyd edək ki, dünən Müsavat başqanının Lənkərandakı müşaviri Yadigar Sadıqov saxlanılıb. Lənkəran sakinini döyməkdə ittiham edilən Y.Sadıqov  barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama