Modern.az

Rövnəq Abdullayev Azərbaycan qazının Avropa marşrutu üçün TAP-ın seçildiyini təsdiqlədi

Rövnəq Abdullayev Azərbaycan qazının Avropa marşrutu üçün TAP-ın seçildiyini təsdiqlədi

28 İyun 2013, 11:58


Xəzərin Azərbaycan sektorundan çıxarılan qazın Avropaya qaz nəqli üçün "Nabucco West" layihəsindən imtina olunduğunu və bunun üçün Transadriatik (TAP) boru kəmərinin seçildiyini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev rəsmən təsdiqləyib.
R.Abdullayev jurnalistlərə açıqlamasında bu seçimi Azərbaycan qazının Avropaya nəqli istiqamətində atılan ciddi addım adlandırıb.

TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, buradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur.

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində istehsal ediləcək qaza bu layihənin əsas mənbəyi kimi baxılır.

TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcək.

TAP-ın səhmdarları İsveçrənin AXPO (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləridir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama