Modern.az

“Mənsum İbrahimovun tələbi yerinə yetiriləcək” - “Reytinq”in baş redaktoru

“Mənsum İbrahimovun tələbi yerinə yetiriləcək” - “Reytinq”in baş redaktoru

Media

28 İyun 2013, 12:09

“Yazıya təkzib veriləcək və ehtiyac olarsa, hər iki tərəfin fikirləri dərc ediləcək. Müəyyən müzakirələrdən sonra həmin xəbəri yazan əməkdaşımızın cəzalanıb-cəzalanmayacağı da məlum olacaq”. Bunu Modern.az-a “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli bildirib.

Xatırladaq ki, xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov tələbəsi Lamiyə Novruzovaya əxlaqsız təklif etməsi ilə bağlı “Reytinq” qəzetində yazı dərc edilib. Modern.az-a açıqlama verən sənətkar yazılanlardan böyük gərginlik keçirdiyini bildirib:
“Bu haqda mənə də uşaqlar dedi. Tərbiyəsiz adamların yaydığı xəbərdir. Əgər təkzib verməsələr, o qəzeti məhkəməyə verib, başlarına oyun açacağam. Lamiyə mənim tələbəmdir. Çox yaxşı da qızdır. Deməli bu qız Facebook-da yazıb ki, “bəzi mədəniyyətsiz müəllimlər tələbələrinə pis gözlə baxırlar”. Axırda da yazıb ki, “mənim müəllimim Mənsum İbrahimov tələbələrinə atalıq edir”. Bütün bu xəbərlər də ordan qaynaqlanır. Hamı da bilir bütün tələbələrimə qarşı valideyn-övlad münasibətim var”.

İntiqam Valehoğlu  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi