Modern.az

Azərbaycanın diplomatik missiyalarının sayı AÇIQLANDI

Azərbaycanın diplomatik missiyalarının sayı AÇIQLANDI

6 May 2023, 11:54

Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 89-a çatıb (66 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsolluq, 8 səfirlik və təmsilçilik ofisi).

 

Modern.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov şənbə günü "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.

 

"Həmçinin Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub. Bir mənalı şəkildə qeyd edə bilərik ki, bu rəqəmlər ölkəmizin hərtərəfli beynəlxalq əlaqələrinin göstəricisidir", - deyə nazir əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj