
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin prezident seçkilərində namizədliyini verəcəyi ilə bağlı elanı artıq hamıya bəllidir. “Qarabağ” blokuna daxil olan Ümid Partiyasının bu addım atması seçkilərdə qurumun vahid namizəd məsələsini sual altına qoyur. Blokda təmsil olunan digər partiya ADP isə hələlik seçkidə iştirakla əlaqədar yekun qərarını açıqlamayıb. Maraqlıdır görəsən ADP seçkidə İqbal Ağazadənin namizədini dəstəkləyə bilərmi?
Modern.az-a danışan ADP sədri Sərdar Cəlaloğlunun cavabı belə olub: “Bununla bağlı hələlik bizdə konkret qərar yoxdur”, – deyən partiya sədri bildirib ki, ADP-nin seçkidə iştirakı da gözləniləndir. “Bu barədə isə yekun qərar yoxdur. Olanda mətbuat da biləcək”.
Aqşin KƏRİMOV