"Netflix" platformasında yayımlanan "Dərzi" filmində Şövkət Ələkbərovanın ifasında "Füzuli kantatası" səsləndirilib.
Modern.az xəbər verir ki, filmin həmin hissəsi "Netflix"in sosial şəbəkə hesablarında paylaşılıb.
Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolda olduğu filmdə məşhur dərzi ən yaxın dostunun nişanlısı üçün gəlinlik tikməyə başlayır, lakin hər üçünün tezliklə həyatlarını alt-üst edəcək hadisələr baş verir.
Qeyd edək ki, bəstəkar Cahangir Cahangirov tərəfindən 1959-cu ildə yazılan və elə həmin il Azərbaycan Dövlət Opera və Balet Teatrında premyerası baş tutmuş kantatada klassik Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən, Rəsul Rzanın Füzuliyə həsr edilmiş şeirindən istifadə edilib. Kantata həmin premyerada Şövkət Ələkbərovanın ifasında ilk dəfə tam şəkildə səsləndirilib.