Modern.az

Hataydakı qəzada ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB 

Hataydakı qəzada ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB 

6 May 2023, 23:20

Türkiyənin Hatay vilayətində baş verən qəzada həlak olanların sayı 12-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında yazıb.

 

O qeyd edib ki, zəncirvari qəzada 31 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır. 

 

***

 

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat qəzası baş verib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, qəza zamanı evakuatorla toqquşan yük maşını qarşı zolağa keçərək 11 avtomobilə çırpılıb.

 

Qəzadan sonra yük maşınında baş verən yanğın söndürülüb. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 32 nəfər yaralanıb. 

 

Əraziyə xilasedicilər və tibb işçiləri cəlb edilib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi