Modern.az

Krala etiraz edən 52 nəfər HƏBS OLUNDU

Krala etiraz edən 52 nəfər HƏBS OLUNDU

6 May 2023, 23:44

Britaniyada Kral III Çarlzın tacqoyma mərasimi günü Şotlandiyanın Qlazqo və Uelsin Kardiff şəhərləri başda olmaqla ölkənin bir çox bölgəsində etiraz aksiyaları keçirilib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Londonda “Respublika” antimonarxist qrupunun lideri Qrem Smit daxil olmaqla 52 nəfər saxlanılıb.

 

Britaniyanın paytaxtında nümayişçilər əllərində “Mənim Kral deyil” yazılı lövhələr tutublar.

 

"Son 24 saat ərzində etirazçıların tacqoyma mərasimini pozmağa qərarlı olduqlarına dair kəşfiyyat məlumatı aldıqdan sonra əhəmiyyətli polis əməliyyatı keçirilib", - London polisinin rəhbəri Karen Findlay deyib.

 

Qeyd edək ki, mayın 6-da Londonda Kral III Çarlz və Kraliça Kamillanın tacqoyma mərasimi keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi