ABŞ-ın Texas ştatında sakinlər atəşə tutulub.
Modern.az xəbər verir ki, Dallas şəhəri yaxınlığında yerləşən ticarət mərkəzində baş verən hadisə zamanı səkkiz nəfər öldürülüb.
Ümumilikdə 30 atəş səsi eşidilib. Hadisəni törədən şəxs ticarət mərkəzinin yaxınlığında maşından düşərək insanlara atəş açmağa başlayıb.
Hücum edən kişi ən azı yeddi nəfəri yaralayıb. Qatilin polis tərəfindən öldürüldüyü bildirilib.