Modern.az

AŞPA-nın Azərbaycanda seçkiləri izləyəcək missiyasının tərkibi açqılandı

AŞPA-nın Azərbaycanda seçkiləri izləyəcək missiyasının tərkibi açqılandı

28 İyun 2013, 14:55

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyasının rəhbəri və tərkibi müəyyənləşib. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə AŞ PA-nın yay sessiyasının yekunlarını şərh edərkən Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Seyidov bildirib ki, AŞ PA-nın təqribən 32 nəfərdən ibarət seçki müşahidə missiyası, 7 nəfərdən ibarət isə seçkiöncəsi missiya formalaşacaq.

Onun sözlərinə görə, sessiya çərçivəsində missiyanın rəhbərinin təyin olunması baş tutdu. Bunlar rəsmi olaraq AŞ PA Bürosu tərəfindən bir neçə gündən sonra açıqlanacaq: "Büro üzvü kimi bunu açıqlaya bilmərəm. Ancaq Büronun iclasında bu məsələlər yekunlaşdı. Bununla bağlı AŞ PA-dakı bütün siyasi qruplar öz namizədlərini verdilər. Bu gün Büroda onlar öz namizədlərinin təqdim etdilər. O cümlədən, ümumi şəkildə missiyanın rəhbərinin namizədliyi müzakirə olundu. Prosedur qaydalarına görə, seçkiöncəsi missiya seçkilərdən bir ay əvvəl, seçki müşahidə missiyası isə seçkilər müddətində Azərbaycanda olacaq."

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasına andorralı deputat, xanım Meritiksel Mateu Pi (Meritxell Mateu Pi) rəhbərlik edəcək. APA-nın Avropa bürosunun məlumatına görə, xanım Meritiksel Mateu Pi həm də Andorranın AŞPA-da nümayəndə heyətinin rəhbəridir. AŞPA Bürosunun bu gün keçirilən iclasında missiyanın rəhbəri və 32 nəfərdən ibarət müşahidə qrupu təsdiqlənib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama