Modern.az

Lənkəranda şikayətçilər İsmət Abbasovu təkliflərlə qarşıladılar - FOTOLAR

Lənkəranda şikayətçilər İsmət Abbasovu təkliflərlə qarşıladılar - FOTOLAR

28 İyun 2013, 15:32


Kənd təsərrüfatı naziri İsmət Abasov iyunun 28-də Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarının sakinləri ilə Lənkəran Regional Aqrar Elm Mərkəzinin inzibati binasında görüşwb. Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdən əvvəl nazir bir neçə fermer təsərrüfatına baş çəkib. İsmət Abasov fermer İlyas Əliyevin yeni texnologiyalar əsasında salınmış çay plantasiyasına baxış keçirib və bölgədə çayçılığın inkişafına ölkə başçısının göstərdiyi qayğı və diqqətdən söhbət açıb, həmçinin bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət proqramının əhəmiyyətini diqqətə çatdırıb. Plantasiyada alim və fermerlər arasında fikir mübadiləsi olub. Nazir fermer və sahibkarlara öz tövsiyələrini, nazirliyin müvafiq idarələrinə sahənin inkişafı ilə bağlı tapşırıqlarını verib. 

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:

- güzəştli kreditlərin alına bilməməsi, heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, güzəştli kreditin müddətinin uzadılması və taxıl biçini zamanı kombayn çatışmazlığı;

- subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi;

- süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi. Süni mayalama texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;

- meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması; 

- soyuducu kameralar vasitəsilə məhsulun saxlanılmasına, təchizatına və satışına köməklik; 

- taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili (aqrolizinq xətti ilə);

- kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi. Kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;

- mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması. Mineral gübrələrin istehsalçılara “Aqrolizinq” ASC tərəfindən bilavasitə əkin sahəsində verilməsi;     

- bələdiyyələrdə azyararlı torpaqları öz vəsaitləri hesabına yaxşılaşdırıb əkən istehsalçılara əlavə subsidiyaların verilməsi;

- fiziki şəxslər üçün kənd təsərrüfatı texnikalarının ilkin ödəniş olmadan uzun müddətli lizinqə verilməsi;

- nazirliyin bölgə təcrübə stansiyasının maddi texniki bazasının yenidən qurulması və bölgədə kənd təsərrüfatı məhsullarının istehsalının mütərəqqi üsullarla artırılması;

- bölgədə çayçılığın inkişafı və çay tinginin satılmasına dəstək;

- bölgədə çəltikçiliyin inkişafına dövlət dəstəyi.

Ümumilikdə bölgə rayonlarından olan 60 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun  mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

Lənkəran Regional Aqrar Elm Mərkəzinin inzibati binasında nazirlə görüşə gəlmiş bölgə fermerlərinin rahatlığı üçün lazımi şərait yaradılıb.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama