Modern.az

Suriya ilə bağlı qərara Rusiya , ABŞ YOX dedi

Suriya ilə bağlı qərara Rusiya HƏ, ABŞ YOX dedi

Dünya

7 May 2023, 23:52

Rusiya Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyünün bərpa edilməsinə müsbət yanaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya  Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

"Suriyanın təsisçi dövlətlərdən biri olduğu Ərəb Dövlətləri Liqasının işində yenidən iştirakının bərpası Yaxın Şərq regionunda atmosferin yaxşılaşmasına və Suriya böhranının nəticələrinin tezliklə aradan qaldırılmasına töhfə verəcək", - XİN rəsmisi qeyd edib.

 

ABŞ isə Suriyanın Ərəb Liqasına qaytarılmasını tənqid edib. "Vaşinqton gözləyir ki, ərəb dövlətləri böhranı həll etmək üçün Suriya prezidenti Bəşər Əsədlə birbaşa qarşılıqlı əlaqədən istifadə etmək niyyətindədirlər", - Dövlət Departamentinin nümayəndəsi bildirib.

 

Qeyd edək ki, bu gün Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirləri Suriyanın təşkilata qaytarılması barədə qərar qəbul ediblər .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi