Vaşinqtonun Çinə yarımkeçirici ixracatına qoyduğu məhdudiyyətlər Çin şirkətlərinə ABŞ çiplərinə etibar etmədən süni intellektlə bağlı araşdırmaları sürətləndirməyə kömək edir.
Modern.az xəbər verir ki, bununla bağlı "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Çinin “Huawei”, “ Baidu ” və “ Alibaba” şirkətləri onlara daha az güclü yarımkeçiricilərdən istifadə etməklə ən müasir süni intellekt performansına nail olmağa imkan verəcək tədqiqatlar aparır.
Həmçinin Çin şirkətləri müəyyən bir növdən asılılığın qarşısını almaq üçün müxtəlif növ yarımkeçiriciləri birləşdirmək niyyətindədirlər.