Modern.az

Moskvadakı paradda 40-dan çox orkestr çıxış edəcək

Moskvadakı paradda 40-dan çox orkestr çıxış edəcək

8 May 2023, 09:28

Mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək Qələbə Paradında Rusiya Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının 40-dan çox hərbi orkestrləri iştirak edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Spasskaya Başnya” beynəlxalq hərbi musiqi festivalının təşkilat komitəsindən bildirilib.

 

Tədbir zamanı ümumilikdə 30-dan çox musiqi ifa olunacaq. Onlardan bəziləri 24 iyun 1945-ci ildə Qələbə Paradında səslənən musiqilərdir. 

 

Məsələn, Semyon Çernetskinin "Parad" marşı, Yuli Xaitin "Təyyarəçilər marşı" və iki köhnə marş olan "Qəhrəman" və "Qaliblərin zəfəri" səslənəcək.

 

Qeyd edək ki, 9 mayda Moskvada keçiriləcək parada xarici ölkə liderlərindən yalnız Qırğızıstan prezidenti Sadır Japarov qatılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi