Modern.az

Baş redaktora uduzan icra başçısının yalanı üzə çıxdı

Baş redaktora uduzan icra başçısının yalanı üzə çıxdı

28 İyun 2013, 16:43


Bu gün Səbail rayon Məhkəməsində Nurəddin Bağırovun sədrliyi ilə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin “Vətəninfo.az” xəbər portalına qarşı mülki qaydada qaldırdığı iddianı rədd edib. “Vətəninfo.az” xəbər portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı məhkəməni udması ilə bağlı Modern.az-a danışıb. O, bildirib ki, iş adamı Cahangir Alışov şahid qismində məhkəməyə gələrək bildirib ki, informasiyanı vətəninfo.az xəbər portalına o verib və orada yazılanların hamısına cavabdeh odur.

“Məhkəmənin dördüncü iclası keçirilirdi. Ayın 18-də keçirilən məhkəmə iclasında qarşı tərəfin, yəni icra hakimiyyətinin informasiya şöbəsində işləyən bir nəfər iştirak etmədiyindən məhkəmə bu günə təyin olundu. Nürəddin Bağırovun rəhbərliyi ilə keçən məhkəmədə hakim ilk olaraq qarşı tərəfi dindirdi və qarşı tərəf iddianın təmin olunmasını Cinayət Məcəlləsinin şərəf və ləyaqətin təhqir olunması maddəsi ilə “Vətəninfo.az” xəbər portalının 100 min manat cərimə etdirmək istəyirdilər. Mən də saytın təsisçisi və baş redaktoru kimi orada iştirak etdiyim üçün qarşı tərəfin iddiasının rədd edilməsini və ədalətli bir qərarın verilməsinin məhkəmədən xahiş etdim. On dəqiqəlik müşavirədən sonra məhkəmə heyəti qayıtdı və qarşı tərəfin iddiasını rədd edildiyini açıqladı. İcra hakimiyyəti on gündən sonra qarşı tərəf əldə edəcəyi qətnamə ilə apelyasiya şikayəti verə bilər”.

Nahid Canbaxışlı onu da bildirdi ki, bütövlükdə “Vətəninfo.az” xəbər portalı olaraq iş adamına qarşı olan bu hərəkəti sadəcə informasiya nöqteyi-nəzərindən yayımlayıb. “Hadisə aprel ayının 8-də baş verib. Rayonun quruculuğunda iştirak edən iş adamlarından biri Cahangir Alışova zəng vurub bildirirlər ki, Vilyam Hacıyevin göstərişi ilə İmişli rayonuna gəlməlisən. O da həmin gün rayona gedə bilmədiyindən İmişliyə gec gəlir. Gecə saat 22:05 radələrində İmişli məhkəməsinin hakiminin otağında ona 5 sutka iş verilir. Həmin 5 sutka iş verilən vaxtı əlindəki telefonla bizə, eyni zamanda digər xəbər portallarına məlumat verib. Onu da deyim ki, həmin şəxsin 5 sutka həbsindən sonra heç bir iş adamı İmişliyə gedib haqqını tələb edə bilmir. Qorxurlar ki, onları da həbs edərlər”.

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama