Dünən Avstriyadan yola düşən Vyana-Kiyev qatarı 6 saat gecikib.
Modern.az "Strana"ya istinadən xəbər verir ki, buna səbəb Macarıstanda yük qatarının qəzaya uğraması və relslərdə sıxlıq yaratmasıdır.
Belə ki, Macarıstanda dəmir filizi qatarının 9 vaqonu relsdən çıxıb. Hazırda ölkə rəhbərliyi qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işləri davam etdirir.
Ukraynaya gedən qatara gəlincə, mayın 9-da 750 nömrəli İvano-Frankivsk - Kiyev qatarının tərkibində Ukrayna paytaxtına çatacaq.