Modern.az

Baydenin siyasi reytinqi tarixi minimumda

Baydenin siyasi reytinqi tarixi minimumda

Dünya

8 May 2023, 10:12

ABŞ prezidenti Co Baydenin reytinqi karyerasının ən aşağı səviyyəsinə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Langer Research Associates" şirkətinin "ABC News" və "Washington Post" üçün keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.

 

Sorğuya görə, Baydenin işini bəyənənlər 36 faizə düşüb. Bu, fevral ayı ilə müqayisədə 6 faiz, 2022-ci ilin əvvəlindəki minimumdan isə 1 faiz aşağıdır. Təxminən 56 faiz onun işini bəyənmir, 68 faiz isə 80 yaşlı Baydeni daha bir müddət prezident seçilmək üçün çox yaşlı hesab edir.

 

Eyni zamanda, yalnız 44 faiz 76 yaşlı sabiq prezident Donald Trampı seçkilərdə iştirak etmək üçün çox qoca hesab edir.

 

2024-cü ildə kimə dəstək verəcəklərini soruşduqda, 44 faiz Trampa "mütləq" və ya "yəqin ki" səs verəcəklərini, 38 faiz isə Baydenə səs verəcəklərini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi