26 iyun Silahlı Qüvvələr Günü Bakıda keçirilən hərbi paradla bağlı “Hilton” otelinin üzərindən asılmış üçrəngli bayrağın cırılması ictimai qınağa tuş gəlib.
Otel üzərindən yığışdırılarkən dövlət bayrağının aşağılanması faktı Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) və Müdafiə Nazirliyi laqeyd yanaşıblar. Rəsmi qurumlar hələ bu azmış kimi, bayrağın cırılmasından xəbərsiz olduqlarını bildiriblər.
Paytaxt meriyasının mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova Modern.az-ın sorğusuna cavab verərkən bildirib ki, BŞİH-də bu barədə heç bir məlumat yoxdur. “Birinci dəfədir sizdən eşidirəm. Bayrağı kim yığışdırıb, bunu kim edib?”
Müdafiə Nazirliyindən isə məsələyə münasibət bildirmək istəməyiblər. “Düzgün ünvana müraciət etməmisiniz”-deyə nazirliyin mətbuat xidmətindən laqeydlik göstərilib.
Namidə BİNGÖL