Modern.az

Moldovadakı separatçılardan Rusiyaya müraciət - Qoşunları artırın!

Moldovadakı separatçılardan Rusiyaya müraciət - Qoşunları artırın!

8 May 2023, 10:54

Moldova ərazisindəki qondarma "Dnestryanı hakimiyyəti" Rusiya Federasiyasına hərbi kontingentin artırılması xahişi ilə müraciət edib.

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, hərbi personalın sayının artırılmasını “təhlükəsizlik risklərinin artımı nəzərə alınmaqla” əsaslandırılıb.

 

Qeyd olunub ki, Rusiya kontingenti əvvəlcə 6 motoatıcı batalyondan ibarət olub, lakin 1995-ci ildə Moskva sayı 2 batalyona, yəni 450 nəfərə endirmək qərarına gəlib. Eyni zamanda, Birgə Nəzarət Komissiyasının sənədləri ilə müəyyən edilmiş sülhməramlıların daimi sayı 3100 nəfərdir. Hərbi kontingent Dnestryanıda yaşayan rusların hesabına artırıla bilər.

 

Ötən həftə Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna Rusiya ordusunun Dnestryanıda olması səbəbindən rəsmi Kiyev öz qoşunlarını Moldova ilə sərhəddə saxlamağa məcburdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi