Modern.az

Özbəkistanda seçkilərin təşkili qaydaları dəyişir

Özbəkistanda seçkilərin təşkili qaydaları dəyişir

Dünya

8 May 2023, 11:02

Özbəkistanda seçki qanunvericiliyinə vacib əlavə və dəyişikliklər edilib.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə prezident Şavkat Mirziyoyev müvafiq qərarı imzalayıb.

 

Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə əsasən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən vətəndaşlar, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxslər seçkilərdə iştirak etmək hüququndan yalnız qanuna uyğun olaraq və məhkəmənin qərarı əsasında məhrum edilə bilərlər. Hər hansı digər hallarda vətəndaşların seçki hüquqlarının birbaşa və ya dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir.

 

Prezidentin öz vəzifələrini yerinə yetirməsi mümkün olmadıqda, onun vəzifə və səlahiyyətləri bu məcəlləyə uyğun olaraq 3 ay müddətində prezident seçkiləri keçirilməklə müvəqqəti olaraq Senatın sədrinə həvalə edilir.

 

Dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb etdikdə, 2 ay müddətində seçkilər keçirilir. Eyni zamanda, seçkilərin hazırlanması və keçirilməsi üzrə tədbirlərin həyata keçirilməsi müddətləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Seçkilər keçirilməsinə ən geci 1 ay qalmış MSK tərəfindən təyin edilir və bu məcəllənin tələblərinə uyğun təşkil edilir.

 

Qanunvericilik orqanı prezident tərəfindən buraxıldıqda 3 ay müddətində seçkilər keçirilir. Yeni yaradılmış inzibati ərazi vahidində rayon xalq deputatları şurasının deputatlarının seçkilərini MSK, rayon, şəhər xalq deputatları deputatlarının seçkilərini isə ən azı 2 ay müddətinə müvafiq rayon xalq deputatları şurası təyin edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi