Modern.az

Ermənistan səmimi deyil - Çavuşoğlu

Ermənistan səmimi deyil - Çavuşoğlu

8 May 2023, 11:34

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyət haqqında danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vəziyyətin həssas olduğunu bildirib.

 

"Hazırda Qafqazlarda vəziyyət çox həssasdır. Çünki Ermənistan səmimi davranmır. Prosesdə Ermənistan səmimi deyil", - deyə o söyləyib.

 

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında 44 günlük müharibədən sonra normallaşma prosesi başlayıb. Türkiyə tərəfindən danışıqlar üzrə xüsusi nümayəndə kimi Serdar Kılıç, Ermənistan tərəfdən isə Ruben Rubinyan təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi