Azərbaycan Prezidenti İlham Əliyev Litvaya səfər edə bilər.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
O bildirib ki, səfər may ayında baş tuta bilər. "Vilnüs may ayında Azərbaycan Prezidenti İlham Əliyevin səfərini gözləyir", - nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hazırda Litvada səfərdədir.