Modern.az

Teleaparıcı Zaur Baxşəliyevə rüşvət ittihamı - Xanım müğənninin açıqlaması

Teleaparıcı Zaur Baxşəliyevə rüşvət ittihamı - Xanım müğənninin açıqlaması

28 İyun 2013, 17:13


Ötənlərin tanınmış müğənnisi Roza Rəhimli Modern.az-a populyar teleaparıcı Zaur Baxşəliyevlə bağlı maraqlı açıqlamalar verib. Müğənni bildirib ki, təxminən üç il əvvəl Baxşəliyev onu “Yağ kimi” verilişinə çəkmək üçün rüşvət istəyib:

”Səhv etmirəmsə 2010-cu il idi. Zaur Baxşəliyev bizim evdə “Yağ kimi” verilişini çəkirdi. Mən də 300 manatlıq bazarlıq eləmişdim, qonşularım kömək eləmişdilər, yaxşı da süfrə açmışdıq. Ancaq çəkilişin ortasında Zaura zəng gəldi və o  əməkdaşlara işarə elədi ki, “çəkilişi dayandırın”. Sən demə, ona pul verməyimi istəyirmiş. Çıxıb gedəndən sonra neçə dəfə zəng vurdum cavab vermədi. Amma bu gün çıxıb efirdə düzgünlükdən danışır. Ar olsun ona”.

  Modern.az saytı olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 



İntiqam Valehoğlu  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi