Modern.az

Özbəkistanda prezident seçkiləri keçiriləcək - YENİLƏNİB

Özbəkistanda prezident seçkiləri keçiriləcək - YENİLƏNİB

8 May 2023, 14:00

Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilir ki, növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin edilib.

 

***

12:22

 

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev danışıb.

 

O, dəqiq tarixi açıqlamayıb.

 

Bu, dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı konstitusiyaya dəyişiklik edildikdən sonra ilk prezident seçkiləri olacaq.

 

Konstitusiya qanununa görə, ikinci müddətə vəzifədə olan hazırkı prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.

 

Qeyd edək ki, referendumla konstitusiyaya edilən dəyişikliklərlə yanaşı, Özbəkistanda seçki məcəlləsinə də dəyişikliklər edilib.

Bu xəbər ilə bağlı
Özbəkistanda seçkilərin təşkili qaydaları dəyişir
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi